Büdcə planlaşdırılması və hesabatlılıq üzrə mütəxəssis (Al Market)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 19.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli (Maliyyə, mühasibatlıq, iqtisadiyyat ixtisasları üzrə) olmalı;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
  • MS Office proqramlarını (xüsusən excel) yaxşı səviyyədə bilməli;
  • Power BI proqramını yaxşı səviyyədə bilməli;
  • Analitik düşüncə, datalarla işləmə bacarığı.

İş haqqında məlumat: 

  • Gündəlik satış fəaliyyət hesabatlarının Pwbi sistemində yenilənməsini təmin etmək;
  • Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
  • Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
  • BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
  • Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test  etmək.

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə planlaşdırılması və hesabatlılıq üzrə mütəxəssis (Al Market)” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi