İşin təsviri
- Skuter sürməyi bacarırsansa;
- İnsanlarla ünsiyyət qurmağı bacarırsansa;
- Faydalı məsləhətlər vermək və müştərilərin cihaz haqqında suallarını cavablandıracağına əminsənsə;
- Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə,
onda sən bizim axtardığımız namizədsən!
Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
- 500 AZN əmək haqqı;
- 6 iş günü, 1 gün istirahət;
- Şirkət tərəfindən işin icrası üçün skuter, telefon və nömrə;
- Şirkətdaxili peşəkar inkişaf və karyera yüksəlişi imkanı!
Biz səndən nə gözləyirik:
- Şəhəri yaxşı tanımağını;
- Müştəri ilə yüksək ünsiyyət qurma bacarığının olmasını;
- Məsuliyyətlilik, dəqiqilik və operativlik.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.