İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin uçotunu təşkil etmək
- Maliyyə hesabatlarının hazırlanması
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Əmək haqqı uçotunun aparılması
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
- Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi, gəlir və xərclər uçotunun aparılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
- Excel və 1C (8.3) proqramında işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Tələblərə cavab verən şəxslər CV-ni mövzu yerinə Baş Mühasib yazaraq göndərə bilərlər.