Direktor müavini

İşin təsviri

Vəzifələr:

  • Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək
  • Direktorun qərarlarının icrasına nəzarət etmək.
  • Şirkətin Direktoruna lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.    
  • Şirkətdə yeni istiqamətlərin və yeni bölmələrin qurulmasında iştirak etmək
  • Şirkətin bazar tanıtımına dair işlərin aparılması.
  • Lazımi hesabatların hazırlanması, toplanması və təqdim edilməsini təşkil etmək
  • Direktorun göstərişi ilə Direktor müavini səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək
  • Şirkət daxili strukturlaşdırma işinin təşkilinə dəstək.

Namizədə tələblər:

  • Ali təhsil
  • 5 illik idarəetmə təcrübəsi 
  • Azərbaycan və rus dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Məsuliyyətli və işində dəqiq
  • Analiz və qərar qəbul etmə bacarığı
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Ciddi, kollektivdə  işləmə bacarığı olan
  • Komanda şəklində işləməyi bacarmalı 
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı

İş vaxtı saat 9.00-18.00-dək , 5 günlük iş həftəsi 

İş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində Direktor müavini qeyd edərək öz CV lərini email ünvanına göndərməyiniz xahiş olunur.

Xaqani Ticarət Mərkəzi tərəfindən digər vakansiyalar