İşin təsviri
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
Namizədə tələblər:
- Ali təhsil
- Azərbaycan dili (səlis), Rus dili (orta), İngilis dili (orta)
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş saatı: Həftə içi 09:00 - 18:00
Şənbə 09:00-15:00
Tələblərə cavab verən şəxslər CV-ni e-mail ünvanına mövzu yerinə Tender və satınalma mütəxəssisi yazaraq göndərə bilərlər.