SMM mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 15.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (əlavə proqram biliklərinin olması üstünlükdür)f;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Vəzifə öhdəlikləri:

  • Sosial media planının hazırlanması və icrasında komanda ilə birgə işləmək;
  • Hazırlanmış postların paylaşımını həyata keçirmək;
  •  Paylaşılan postlar üçün maraqlı və yaradıcı məzmun təklifləri vermək;
  • Müxtəlif məhsulların təqdimatı üçün formata uyğun olaraq video hazırlanması və çəkilişində iştirak etmək; 
  • Markaların mahiyyətini nəzərə almaqla post və hekayə kontentlərinin hazırlamasında iştirak etmək;
  • Hesablar ilə bağlı aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
  • Sahə üzrə yenilikləri, trendləri izləmək və iş prosesində tətbiq etmək;
  • Ünvanlanan izləyici müraciətlərini cavablandırmaq;
  • Rəsmi sosial media hesablarında kontent yerləşdirmək;
  • Müvafiq reklamları və SMM büdcələrini idarə etmək idarə etmək;
  • Müvafiq hesabatları hazırlamaq;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SMM Mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilər.

İşəgötürənin reytinqi