İşin təsviri
Vəzifə və öhdəliklər:
- Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə fərdi və korporativ könüllü tibbi sığorta üzrə məhsulların və xidmətlərin inkişafı istiqamətində satış komandasına dəstəyin göstərilməsi,
- Cari satış proseslərin təhlil edilməsi və inkişaf edilməli sahələrinin müəyyən edilməsi,
- Mövcud satış kanallarının inkişaf etdirilməsi istiqamətində işlərin müəyyən edib könüllü tibbi sığorta məhsullarının həmin kanallar üzərindən satışın həyata keçirilməsində dəstəyin göstərilməsi,
- Könüllü tibbi sığorta məhsullarının yeni satış kanallarının müəyyən edilməsi və həmin kanallar üzrə satış prosesinin təşkil olunması,
- Təkmilləşdirilmiş satış proseslərinin dizayn edilməsi, komanda və mərkəzi təşkilat daxilində maraqlı tərəflərlə uyğunlaşdırılması;
- Cari məhsulların, onların paketləri və üstünlüklərin satış strategiyasının müəyyən edilməsi;
- Çarpaz- satış imkanlarının inkişaf etdirilməsi;
- Rüblük məqsədlərə və əsas nəticələrə çatmaq məqsədilə yeni satış kanallarının, əməkdaşlıqların yaradılması və mövcud olanların inkişaf etdirilməsi;
- Satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi;
- Şirkətin siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması.
Biliklər:
- Biznes və ya marketinq sahəsində ali təhsil;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür;
- Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri.
Təcrübə:
- B2B istiqaməti üzrə azı 2 il iş təcrübəsinin olması.
Bacarıqlar:
- Təşəbbüskarlıq
- Ünsiyyət qurmaq bacarığı
- Çalışqan olmaq
- Öhdəliklərinə məsuliyyətli olmaq
- Dəqiqlik
- Fikirlərini aydın izah edə bilmək
- İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
- Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
- Problemli vəziyyəti həll etmək
- Komandada işləmək
- Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.