İşin təsviri
Tələblər:
- Metal konstruksiya quraşdırılması üzrə mühəndis kimi minimum 5 illik təcrübəyə malik olmalı;
- Quraşdırma, montaj və emal kimi metal konstruksiya işlərinin icrası üçün iş alətlərindən istifadəni bacarmalı;
- Verilmiş layihə cizgilərinə uyğun olaraq, tikinti sahəsində metal konstruksiyaların yığılmasında və bərkidilməsində quraşdırıcı, qaynaqçı kimi təcrübəyə malik olmalı;
- İşlə bağlı cizgilərin və layihələrin oxumağı, izah etməyi bacarmalı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Metal kontruksiya işləri üzrə mühəndis (quraşdırıcı)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.