CNC operatoru

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 14.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • İcra ediləcək əməliyyatın xüsusiyyətlərini müəyyən etmək üçün texniki təsvirləri və ya iş təlimatlarını araşdırmaq;
  • Freze əməliyyatını yerinə yetirmək;
  • Hazır məhsulun göndərilməyə hazırlanması;
  • Dəzgahı kalibrləmək;
  • Əl alətləri və qaldırıcı qurğulardan istifadə etməklə emal ediləcək materialların dəzgaha yerləşdirilməsi və dəzgaha bərkidilməsi;
  • Kəsici alətlərin və iş materiallarının bir-birinə uyğun yerləşdirilməsi;
  • Metal xüsusiyyətlərinə görə kəsmə sürətinin, hərəkət dərəcəsinin və kəsmə dərinliyinin seçilməsi;
  • Dəzgah hissələrində aşınma və nasazlıqların aradan qaldırılması;
  • Ehtiyatlara nəzarəti həyata keçirmək və material təchizatını təmin etmək;
  • İş yerində sağlamlıq və təhlükəsizlik standartlarına uyğun olaraq işləri yerinə yetirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə orta ixtisas (Ali təhsil üstünlük);
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • CNC dəzgahlarının işləmə prinsipini bilmək;
  • Texniki rəsimləri (çertyojları) düzgün oxuma və anlama;
  • İşinə məsuliyyətli, intizamlı olmaq;
  • Komanda ilə işləmə bacarığı.

İş yeri: Sumqayıt şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "CNC freze operatoru" qeyd edərək  elektron ünvanına göndərə bilərlər.