Kopirayter

  • Javiddo Group
  • Elanın qoyulma tarixi: 14.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəlikləri:

  • Sosial media hesabları üçün məzmun ideyaları vermək və bunların kopiraytinqini gerçəkləşdirmək
  • Dizaynerlərə visual brief vermək
  • Qutu, kataloq, broşür və s. kimi fərqli müstəvilərdə rəsmi üslubda kopiraytinq
  • Fərqli hədəf kütlələrinə uyğun başlıqlar və mətnlər yazmaq
  • B2B və B2C marketinq çərçivəsində fərqli məzmunlar yaratmaq
  • Lahiyə və məhsullara uyğun sloganların yazılması

Bacarıqları(Hard skills):

  • Müvafiq vəzifədə ən az 2 il təcrübə
  • Azərbaycan və ingilis dillərini əla, rus dilini isə yaxşı səviyyədə bilmək (yazma və oxuma səviyyəsinə aiddir)
  • Hədəf kütləsini tanımaq və uyğunlaşmaq
  • Tone of Voice(ToV) və brand identity terminləri ilə yaxından tanış olmaq
  • Trello, Notion, Microsoft Office proqramları ilə işləyə bilməsi arzuolunandır

Özəllikləri(Soft skills):

  • Məntiqi və yaradıcı düşüncəyə sahib olmaq
  • Araşdırma qabiliyyəti
  • Tapşırıqları marketinq nöqteyi-nəzərdən görüb, tətbiq etmək
  • Vaxt idarəetməsi (time management)
  • Müxtəlif tapşırıqlar üçün adaptasiya qabiliyyəti və dünyagörüşü

İş haqda məlumat:

  • 5 günlük iş qrafiki 09:00-dan - 19:00-dək
  • Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.(700-1100 AZN)
  • Nahar şirkət tərəfindən verilir. Nahar fasiləsi 13:00-dan - 14:00-dək
  • Ünvan: Xırdalan dairəsi, Aşıq Şəmşir küç., 33

Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini “Kopirayter” başlığı ilə elektron ünvanına göndərə bilərlər.