Satınalma üzrə kiçik Mütəxəssis

  • Provide Solutions
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: ilk 2 ay Zabratdaki ofisdə, növbəti aylardan Nərimanov rayonu, Əhməd Rəcəbli 19 ünvanında yerləşən ofisdə

İş təcrübəsi: 3 ay -2 il 

Əmək haqqı: minimum əmək haqqı (350 AZN)

İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Qeyd: Namizədlərin bilik-bacarıqlarına uyğun maaş artımı 3 ay sonrasında gözləniləndir. Sürücülük vəsiqəsinin (kateqoriyası ilə) olub-olmadığına dair məlumatın CV-də qeyd olunması lazım. Neft-qaz sahəsində təhsil və təcrübəyə malik namizədlərə üstünlük verilir. 

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin  yoxlanılması və alışlara nəzarət
  • Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
  • Lazımi materialları / xidmətləri  xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

  • Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
  • CIPS sertifikatının mövcudluğu üstünlükdür
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını orta bilməli)
  • Data Analitikanı bilməsi (Tableau, Power BI) üstünlükdür
  • İş təcrübəsi əlaqəli sahədə 3 aydan 2 ilə qədər;
  • İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) orta bilmə

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 13.10.2023-cü il tarixinə qədər mövzu yerində “Satınalma üzrə kiçik Mütəxəssis” qeyd edərək tez bir zamanda göndərsinlər. 

Provide Solutions tərəfindən digər vakansiyalar