Kredit və bazar riskləri şöbəsinin inspektor/aparıcı/baş mütəxəssis

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 11.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək; 
  • Mərkəzi Bankın tələblərinə və IFRS 9 standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət edilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verməsi;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
  • Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
  • İqtisadiyyatda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
  • Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
  • Banklararası kredit, depozit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək;
  • Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
  • Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
  • Riyazi, statistik biliklər;
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında biliklər;
  • CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
  • SQL,VBA, Python proqramlaşdırma dillərinin hər hansı birini bilən namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27.09.2023-cü il tarixindən elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin inspektor/aparıcı mütəxəssis/baş mütəxəssis” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3

İşəgötürənin reytinqi