Aparıcı mühasib

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

Aşağıda qeyd edilən işlərin həyata keçirilməsi və onlara nəzarət:

  • Bank/ƏDV Xərcinin 1C Proqramına daxil edilməsi.
  • Bank və ƏDV qalıqlarının yoxlanılması.
  • Debitorlarla əlaqə (Hesab faktura, Avans faktura, Borc qalıq,) göndəriləməsi, idarə olunması
  • Debitor müştərilərin hesablarla bağlı yaranan suallarının cavablandırılması.
  • Müştərilərlə həftəlik hesablaşma və üzləşmə aparılması..
  • Debitorların borc və avans məbləğinin qarşılaşdırılması, fərqlər olduqda aradan qaldırılması.
  • Hesablama vərəqi və Hesab faktura sənədlərinin təhvil alınması.
  • Mədaxil qəbzlərinin təhvil alınması.
  • E-qaimələrin yoxlanılması.
  • Rəsmi Göstərilmiş xidmətlərin hesabatının hazırlanması (ƏDV  bəyannaməsi üçün).
  • Əvəzləşmənin hazırlanması.
  • Əmək haqqının, məzuniyyət ödənişlərinin hazırlanması və 1C proqramına daxil etmək.
  • Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi.
  • Elektron qaimələrin göndərilməsi, Bank ödənişlərinin hazırlanmsı və təsdiq edilməsi.
  • İşçilərə Əmək haqqının (avansın) 1C proqramında yazılmasının təmini və nəzarət etmək.
  • Əmək haqqının (avans) banka yığılması.
  • Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması. 

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Mühasibatlıq sahəsində minimum 3 ilədək iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla bilməli, Rus dili orta, İngilis dillini bilməsi üstünlükdür;
  • Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını  əla bilməli;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Peşəkarlıq tələbləri:
  • Dəqiq və diqqətli, 
  • Ciddi və məsuliyyətli,
  • E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
  • Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
  • Təhlil qabiliyyəti,
  • Problem həll etmə bacarığı,
  • Reporting (hesabatvermə qabiliyyətli),
  • Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 11 oktyabr 2023-cü il tarixidir. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.