Tornaçı

İşin təsviri

Vəzifənin məqsədi:

  • Detallarda və materiallarda cizgi (eskiz), çertyoj və ya nümunə əsasında torna əməliyyatlarının yerinə yetirilməsini həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Dəzgahı elektrik şəbəkəsinə qoşmaq, hazırlanacaq detalı dəzgaha bərkitmək;
  • Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və cizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlamaq;
  • İşə uyğun tərtibatların, kəsici və nəzarət ölçü alətlərini seçmək və kəsici aləti dəzgaha bağlamaq;
  • Dəzgahı işə salmaq, detala uyğun olaraq sürət və verişlər qutusunun tənzimləyərək cizgi (eskiz), çertyoj və ya nümunə əsasında torna əməliyyatlarını yerinə yetirmək;
  • Emal olunmuş detalı və ya materialı xidmət sahəsinin ustasına təhvil vermək;
  • İş tamamlandıqdan sonra dəzgahı söndürmək və gərginlikdən ayırmaq.

Tələblər:

  • Torna sahəsi üzrə peşə/ orta ixtisas təhsili olmalı;
  • Müvafiq peşə üzrə sertifikat olması üstünlükdür;
  • Torna işləri ilə bağlı minimum 3 il iş təcrübəsi.

Qeyd:

  • Bildirmək istəyirik ki, elan Neft Emalı Zavodu üçün nəzərdə tutulmuşdur. Dəyərləndiriləcək işçi zavod rəsmiyyətində qeydiyyata alınacaqdır 

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Tornaçı” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 22.09.2023

İşəgötürənin reytinqi