Təchizat üzrə mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 08.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası: 

  • Texniki Avadanlıqlar zavoduna lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
  • Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
  • Alınacaq malların sifarişini hazırlayır və təchizat şöbə rəisinə  təqdim edir;
  • Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə- fakturanın göndərilməsini tələb edir;
  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırır;
  • Malların yüklənməsi, yola düşməsi tarixlərini və digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir;
  • Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir;
  • Yükləmədən sonra malların lazımi keyfiyyət standartlarına cavab verən sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir;
  • Mallarda hər hansı bir çatışmazlıq (miqdar, çeşid, keyfiyyət) aşkar olunarsa satınalma şöbəsinin müdirinə məlumat verməli və bağlanmış müqaviləyə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun tədbirlər görməlidir;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir;

Namizədə tələblər:

  • Ali təhsil ( İqtisadiyyat, Beynəlxalq əlaqələr üzrə)
  • Təchizat sahəsində ən azı 1 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
  • Dil bilikləri: İngilis dili biliyi üstünlükdür
  • Təchizat ilə bağlı milli və beynəlxalq qanunverciliyi bilməli;
  • Mülki məcəllənin əsaslarını bilməli;
  • Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat;
  • Fəaliyyəti ilə əlaqədar dövlətlərarası və beynəlxalq müqavilələr haqqında məlumat;

İş qrafiki: 

  • Həftədə 5 gün / 8 saat: 09:00-18:00
  • İstirahət günü: Şənbə/Bazar günü

Təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə təyin ediləcək. 

Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Təchizat üzrə mütəxəssis”  başlığı altında qeyd edərək göndərmələri xahiş olunur.