Biznes analitik

  • Superfon
  • Elanın qoyulma tarixi: 16.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznesin performansını anlamaq üçün hesabatlar, tablolar və vizualizasiyaların yaradılması;
  • Maliyyə hesabatlarının təhlili;
  • Kateqoriya meneceri ilə məhsul analizində birgə əməkdaşlıq etmək;
  • Satış rəhbərləri ilə satış analizində əməkdaşlıq etmək;
  • Fəaliyyət Sahəsi üzrə hesabat standartları, tendensiyalar və ən yaxşı təcrübələr haqqında cari məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
  • Müştəri məlumatlarının fərqli hədəflər üzrə təhlili;
  • Bazar və rəqiblər barədə olan araşdırmaların müqayisəli təhlili;
  • Rəhbərliyinə aylıq, rüblük və. s. biznes hesabatların təqdim edilməsi;

Tələblər:

  • Ali Təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi);
  • Biznes analitika və Maliyyə analizi üzrə iş təcrübəsi;
  • Riyazi təfəkkürlü;
  • Analitik düşüncə qabiliyyətli;
  • Zamanın düzgün idarəedilməsi və parallel tapşırıqların icrası;
  • Diqqətli və məsuliyyətli

Təminatlar:

  • Nahar  ilə təmin edilmə;
  • Əmək bazarına uyğun əmək haqqı;
  • Korporativ mobil nömrə;

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Biznes analitik” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi