Marketinq Meneceri

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 04.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Xidmətlərimizin kommunikasiya ilə bağlı şirkətlər istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
  • Əlaqələrin inkişafı üçün və satışa dəstək ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
  • Satış potensialı yüksək ola biləcək yeni xidmətlərin araşdırılıb, bazara çıxarılmasını həyata keçirmək;
  • Bazar dinamikasını, rəqibləri və satış əməkdaşlarının performansını təqib edərək öz təklifləri ilə məruzə etmək; 
  • Qurumun və Xidmət performansını müşahidə edərək təhlil etmək; 
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • B2B tədbirdlərdə iştirak və kommunikasiyanın idarə edilməsi 
  • Əməkdaşların performanslarının analiz edilməsi və rüblük KPİ -ların təyin edilməsi 
  • Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, yeni ideyaların hazırlanması

Vəzifə tələbləri:

  • Ali təhsil; 
  • Minimum 3 il marketinq, kateqoriya idarəetmə və ya biznesin inkişafı sahəsində iş təcrübəsi 
  • Marketinq və bazar araşdırması prinsiplərini dərindən bilmək; 
  • Excel və təqdimat bacarıqları

Əmək haqqı: 1500-1900 AZN 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Marketinq meneceri“ qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.