İşin təsviri
Vəzifə öhdəlikləri:
- Turistlər üçün müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması və təşkili,
- Müştərilərdən gələn sorğuların vaxtında cavablandırılması,
- Şirkətin əməkdaşlıq etdiyi xarici partnyorlarla danışıqların aparılması,
- Yeni müştəri bazasının axtarılması turistlərin şirkətə cəlb edilməsi,
- Tur paketlərin hesablanması,
- Sistemdə işin aparılması,
- Onlayn tədqiqat
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi,
- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması və rəsmiləşdirilməsi.
Tələblər:
- Turizm sahəsində ən az 1 il iş təcrübəsi;
- Mükəmməl müştəri xidmətləri bacarığı
- Azərbaycan, ingilis dili biliyi mütləqdir (Rus arzu olunandır);
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmə bacarığı;
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
- Məsuliyyətli və diqqətli olmaq;
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq;
İş rejimi:
- 5 günlük iş rejimi (09:00 - 18:00)
- Əmək haqqı: 550 AZN
Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Turizm üzrə koordinator” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.