Planlama və logistika üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Distribyutorlarla sifarişlərin təsdiqində iştirak etmək;
  • Partnyorlarla görüşlərin planlanması/iştirakı;
  • Aylıq satış məlumatlarını proqnozlara uyğun olaraq nəzərdən keçirir və proqnozlaşdırmaq üçün sənədləşdirir;
  • Məhsulların inventar səviyyəsini və məhsulun mövcudluğunu mütəmadi olaraq nəzərdən keçirmək, həm cari həm gələcək  ehtiyatlara nəzarət, brendin likvidliyinin və stok ehtiyatlarının təhlili;
  • Həm məhsulun çatışmamazlığı, həm də artıq olması halında prioritetlərə və zəruriliyinə nəzarət;
  • Sifarişlərin cədvələ uyğun olaraq formalaşdırılması;
  • Aylıq stokun yoxlanılması, anbar analizi;
  • Satış sürəti zəif olan məhsulları müəyyən edilməsi;
  • Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
  • Barkodlara nəzarət;
  • Satış məlumatlarının təhlili, trendin müəyyən edilməsi, tədarükün sürətləndirilməsi, üçün qərarların qəbul edilməsi;
  • Sifariş vermək və digər istehsalçıların istehsal və təchizat prosesini əlaqələndirmək;
  • Proqnoz və inventar qiymətləndirmələri barədə rəhbərliyə məlumat vermək;
  • Satış proqnozlarında, büdcələrdə və biznes strategiyalarında baş verən mühüm dəyişiklikləri izləmək və hesabat vermək;
  • Beynəlxalq yük daşınmalarını təmin etmək;
  • Logistik sxemlərin tətbiqi, logistik sxemlərin optimallaşdırılması;
  • Nəqliyyatın planlaşdırılması, sifarişi və dəyərinin hesablanması, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;

Tələblər:

  • Ali təhsil;
  • Planlama və Logistika sahəsində 3-5 il iş təcrübəsi;
  • Distribusiya sahəsində təcrübə mütləqdir
  • Azərbaycan dilini səlis, İngilis dili yüksək səviyyədə;
  • Microsoft Office (Outlook, MS Excel, World) – yaxşı səviyyədə;
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Dəqiqlik və təfsilatlara yönümlülük;
  • İnkişafa yönümlülük;

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
  • İş yeri: Bakı şəhəri; Koroğlu m. Anbarım
  • İş saatı: 09:00-18:00;

Zəhmət olmasa CV– nizi elektron poçt ünvanına “Planlama və logistika üzrə mütəxəssis” göndərin. 

Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.

İşəgötürənin reytinqi