Data mühəndisliyi üzrə böyük mütəxəssis

İşin təsviri

Təsvir:

  • Data warehouse və data mart-ların dizaynı, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmətlərinin verilməsi;
  • Müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatların toplanması, transformasiyası və “Business intelligence” alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
  • ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiyası və onlara dəstək xidmətlərinin verilməsi;
  • Maşın öyrənmə modellərinin hazırlanması;
  • Avtomatlaşdırılmış proseslərin monitorinqi və uğursuz proseslərin araşdırılması.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3-4 il iş təcrübəsi;
  • İngilis dili biliyi - B1 səviyyəsində;
  • Data Warehouse konseptləri və SQL üzrə dərin biliklər;
  • ETL alətlərinin istifadəsində və məlumat bazalarının qurulması və modelləşdirilməsində geniş təcrübə;
  • Strukturlaşdırılmamış, yarı strukturlaşdırılmış və strukturlaşdırılmış məlumat toplusu daxil olmaqla, məlumatlarla işləmə bacarığı;
  • Python proqramlaşdırma dili və həmçinin açıq mənbəli proqramlar ilə işləmə bacarığı;
  • Verilənlərin keyfiyyətini təmin etmək üçün məlumatların təmizlənməsi, əvvəlcədən işlənməsi və transformasiya üsullarından istifadə etmə bacarığı;
  • Böyük məlumat dəstlərindən tendensiyaları və nümunələri müəyyən etmək üçün kəşfiyyat xarakterli məlumat təhlili aparma bacarığı;
  • Maşın öyrənmə, statistika və optimizasiya ilə əlaqəli biliklərin olması;
  • Proqnozlaşdırma və təsnifat tapşırıqları üçün maşın öyrənmə modellərinin qurulması və öyrədilməsi bacarıqları;
  • Modellərin qiymətləndirilməsi, hiperparametrlərin tənzimlənməsi və performansın optimallaşdırılması bacarıqları;
  • Güclü ünsiyyət, komandada işləmək bacarıqları və inkişafa yönümlülük.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən digər vakansiyalar