İşin təsviri
Namizədə dair tələblər:
- Kompüter Mühəndisliyi, Kompüter Elmləri və ya digər əlaqəli sahələrdə ali təhsil
- Müvafiq sahədə min 3 il təcrübə
- BGP, OSPF kimi marşrutlaşdırma protokolları üzrə biliklər
- Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər
- SolarWinds/Prtg və s şəbəkə monitorinqi, diaqnostika və analiz alətləri ilə təcrübə
- CCNP, CCDP sertifikatlaşmaları üzrə biliklər ( sertifikatın olması arzuolunandır )
- Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları
- Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək.
- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək.
- Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək..
- Şəbəkə yükü və trafik optimizasiyasını təhlil etmək və təkliflər vermək.
- Şəbəkə inzibatçıları tərəfindən eskalasiya olunan sorğuları və məsələləri həll etmək.
- Şəbəkə infrastrukturunda xidmətin, dəyişikliklərin, insidentlərin, dayanıqlığın idarə olunması proseslərini tətbiq etmək.
- Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edir.
- Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək.
- Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək.
- Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək.
- Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək.
- Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək.
- Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək.
- Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək.
- Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq.
- Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək.
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək.
İş şərtləri:
- İş məkanı: Aral Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Şəbəkə inzibatçısı” yazmaqla, öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.