Analitik və hesabatlar üzrə mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 01.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Gündəlik, həftəlik və aylıq satış təhlillərini hazırlamaq;
  • Kampaniya gedişatına günlük, həftəlik və aylıq olaraq nəzarət etmək;
  • Satış komandasının KPI-larını izləmək və gündəlik satış komandasını məlumatlandırmaq;
  • Satışla bağlı müxtəlif təhlilləri (illər üzrə çeşid və brendlər üzrə satış müqayisəsi təhlili, müştəri sayı və s.)  aidiyyəti bölmələrə göndərmək;
  • Fabriklər üzrə keçirilən kampaniya və tədbir gedişatı haqqında məlumat və hesabatları hazırlayıb təqdim etmək;
  • Birbaşa rəhbəri tərəfindən hazırlanan sənədlərin (xidməti məlumatlar, müraciətlər, hesabatlar və s.) müvafiq bölmələr tərəfindən təsdiqini təmin etmək;
  • Gündəlik işlər barədə birbaşa rəhbərinə hesabat vermək;
  • Bazar monitorinqi və brendlerin bazar qiymət analizini, həmçinin məhsulların bazar indeksini hazırlamaq.

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office, xüsusilə Excel proqramını əla bilmək;
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Yüksək ünsiyyət bacarığı;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

 

Funksiya: Qastronom və dondurulmuş məhsullar üzrə biznes inkişafı departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək 

İşin təsviri: Günlük, aylıq, illik satış hesabatlarını hazırlayır və üst rəhbərlərə təqdim edilməsini təmin edir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Analitik və hesabatlar üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.    

İşəgötürənin reytinqi