Logistika və broker şöbəsinin müdir müavini

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil 
  • Kompüter bilikləri: MS Office proqramları, jira və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı. 
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı. 
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • Daşınmaların keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
  • Açılan sifarişləri (ticketləri) vaxtında və dəqiq yerinə yetirmək;
  • Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
  • Bütün idxal və ixrac əməlliyatlarını icra etmək; Ölkədaxili və ölkəxarici daşınmaları həyata keçirmək;
  • Malların gömrükdən çıxarılması üçün lazımi sənədlərin vaxtında gömrük mütəxəssisinə ötürülməsi və iş prossesinə nəzarət edilməsi;
  • Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması; Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı logistika strategiyalarını planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
  • Hava yol daşınması və kuryer yükləri (ixrac və idxal əməlliyatlarında yükün izlənməsi, sənədlərin tərtib edilməsi və yoxlanılması)
  • Quru yol daşınması (ixrac və idxal əməlliyatlarında yükün izlənməsi, sənədlərin tərtib edilməsi və yoxlanılması)
  • Yeni yüklərin təsdiqedilməsi (müştəri və vendor ilə əlaqə, sənədlərin yoxlanılması); Gömrüyə lazım olan ərizələrin yazılması;
  • Gömrükdə (HNBGİ və BBGİ) ƏDV`nin yoxlanılması; RamalTrans (məbləğin yoxlanılması);
  • Vendorlar ilə mütəmadi olaraq əlaqə;
  • E-gov.az saytında gömrükdə olan yüklərə nəzarət;

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur 

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Logistika və broker şöbəsinin müdir müavini" adını qeyd edərək göndərmələri xahiş olunur. 

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.