Sosial Media Meneceri/Kontent Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin fərqli platformalarda(Facebook, Instagram, Linkedin, Youtube, Tiktok) olan sosial media hesablarını istifadə və idarə etməyi bacarmalı
  • Sosial Media platformalarının istifadəsi ilə bağlı gərəkən texniki biliklərə sahib olmalı
  • Marketinq hədəflərinə uyğun məzmun strategiyası hazırlamaq və birgə hazırlanmasında iştirak etmək
  • Sosial media hesabları üçün kontent planın hazırlanması və idarə edilməsi
  • Postlar üçün həm qrammatik cəhətdən düzgün həm də müştəri yönümlü descriptionların yazılması
  • Reklam kampaniyaları üçün uyğun kreativ reklam mətnlərinin yazılması və təkliflərin verilməsi
  • Tiktok və reels videoları üçün ideyaların verilməsi, video skriptlərin tərtib edilməsində iştirak etmək
  • Gündəlik və həftəlik kontentin (foto, video, mətn və s.) hazırlanması və sosial mediada paylaşılması
  • Dizaynerə detallı brif tərtib edib təqdim etmək və onunla bərabər çalışmaq bacarığı
  • Sosial mediadan daxil olan sorğuları (rəy və mesaj) doğru, düzgün cavablandırılması
  • Sosial media işləri ilə bağlı report hazırlayıb təqdim etmək
  • Gərəkdiyində veb sayta kontent(şəkil, video, mətn, xəbər, bloq) əlavə etmək bacarığı
  • Promo/Poliqrafiya məhsullarından və onların çapı həmçinin hazırlanmasından anlayışı olmaq
  • Tədbirlərdə iştirak edə bilmək

Namizədə dair tələblər:

  • Minimum 1 illik təcrübə
  • Müəyyən səviyyədə ofis proqramlarından istifadə etmək bacarığı
  • Araşdırma bacarığı
  • Təqdimat bacarığı
  • Səlist nitq və özünü ifadə etmək bacarığı
  • Yaradıcı yanaşma
  • İnnovativ, öz üzərində çalışan, hədəfləri olan, öyrənməyə və özünü inkişaf etdirməyə açıq həmçinin məsuliyyətli olmaq
  • Konsaltinq, Hüquq, Maliyyə, Mühasibatlıq, İnsan Resursları kimi xidmət təklif edən şirkətlərdə çalışması və ya bu sahələrdən məlumatı olması ya da marağının olması üstünlükdür
  • Xarici dil biliyi üstünlükdür

Bizim təminatımız:

  • Peşəkar, mehriban komandada iş
  • Kreativ iş şəraiti
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı  700-900 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “SMM” qeyd etməklə göndərmələri xahiş olunur.