Dəmirçi-Rəngsaz şöbəsinin Rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Servisə müraciət edən  avtomobillərin əzilmiş hissələrininin təmirini və avtocilalama xidmətini təşkil etmək.
  • Avtomobillərin təmir edilmiş hissələrinin rənglənməsini təmin etmək
  • Avtonəqliyyat vasitələrini təmir etmək üçün zəruri olan alətlərin təmin etmək
  • İstifadə olunan alətlərin qorumasını və avadanlıqlara lazım olan texniki qulluğun göstərilməsinə nəzarət etmək
  • Sığorta halları ilə bağlı daxil olan işlərin qiymətləndirilməsini və icrasını təmin etmək
  • Sığorta şirkətləri ilə korporativ əməkdaşlıq aparmaq.
  • Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək, daxili nizam-intizam qaydalarına riayət etmək
  • Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək
  • Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Texniki ali təhsil
  • Yaş həddi: 26-40;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır;
  • Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
  • Müasir avtotexnikanın quruluşunu və təmir texnologiyalarını yüksək səviyyədə bilməli; 
  • Təhlükəsizlik texnikası və texniki şərtlər haqqına məlumatın olmalı;
  • Dəqiq, intizamlı, stressədayanıqlı və işinə qarşı məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 2000-2500 ₼

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Dəmirçi-Rəngsaz şöbəsinin rəhbəriqeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.