İşin təsviri
Vəzifə öhdəlikləri:
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
- Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi;
- Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
- Şəbəkə problemlərini müəyyən edib həll etmək;
- Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
Vəzifəyə olan tələblər:
- Bakalavr dərəcəsi (İT sahəsi arzuolunandı);
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il;
- Nəzəri bilik səviyyəsi CCNP;
- LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqların (Firewall, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi;
- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s);
- Static və Dynamic routing protokollari ilə işləmək bacarığı (EIGRP, OSPF, BGP);
- İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması;
- VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN);
- L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s);
- CCNA, CCNP Routing and Switching, sertifikatlarına sahib olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Şəbəkə İnzibatçısı” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33