Təftiş üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Debitor borcların düzgünlüyünə əminlik vermək üçün mütəmadi şəkildə müştərilərlə üzləşmələrin aparılması;
  • Satış obyektlərində şirkətə məxsus inventarların öz fəaliyyət istiqamətində işləməsinə nəzarət etmək;
  • Müştəri tərəfindən ödənilməyən məbləğlərin və problemli debitor borcların daimi izlənilməsini təmin etmək;
  • Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali, Orta ixtisas və ya Xüsusi peşə təhsili (Maliyyə, Mühasibatlıq, Audit və s.); 
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, xarici dil biliyinin olması arzuolunandır;
  • MS Excel, MS Word və MS PowerPoint yaxşı səviyyədə bilməli.

Vəzifə üzrə tələb olunan bacarıqlar:

  • Sərbəst analiz etmək və qərar vermək bacarığı;
  • Səmərəli ünsiyyət qurmaq bacarığı, fərdi və komandada işləmək bacarığı.

Vəzifə üzrə əlavə tələblər:

  • Şəxsi avtomobilinin və B kateqoriya sürücülük vəsiqəsinin olması.

Əlavə məlumatlar:

  • İş saatı: 09:00 – 18:00;
  • İş rejimi : Həftə içi 5 gün;
  • Tibbi sığorta;
  • Korporativ nömrə.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını Təftişi üzrə mütəxəssisqeyd etməklə göndərə bilərsiniz.

İşəgötürənin reytinqi