Daxili audit şöbəsində aparıcı mütəxəssis

İşin təsviri

İş yeri: Bakı

İş şəraiti: Standart- ofis

İş rejimi:  5 günlük 09:00-18:00

Sığorta: İcbari

İş barədə qısa məlumat: Risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymətləndirilməsi, habelə artırılması istiqamətində şirkətin öz məqsədlərinə çatmasında köməklik göstərmək.Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasını təqib etmək, filiallarda (regionlarda) yoxlamalar aparmaq.

Namizədə tələblər:

  • Təhsil: Təhsil:  Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar)
  • Tələb olunan iş təcrübəsi: Audit sahəsində minimum 2 il

Digər tələblər: 

  • Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq
  • Güclü ünsiyyət bacarığı
  • Güclü analitik bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
  • Müstəqilliyini qorumaq qabiliyyəti
  • Audit rəyləri hazırlama və yazma bacarığı 
  • Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür)
  • CIA, ACCA və ya digər oxşar sertifikatlar arzuolunandır
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı
  • Ezamiyyələrdə iştirak etmək imkanı

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Daxili audit üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Dövlət qurumu tərəfindən digər vakansiyalar