İcra Orqanları ilə iş şöbəsinə Hüquqşünas

İşin təsviri

Tələblər:

  • Ali hüquqi təhsil,
  • Minimum 1 il iş təcrübəsi
  • Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
  • Əla səviyyədə Azərbaycan dili biliyi.
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Vəzifələri:

  • Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
  • Hüquqi sənəd (məktublar və s.) və ərizələri tərtib etmək;
  • Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 5 iş günü, saat 10:00-18:00, şənbə günü iş saatı 10:00-15:00, bazar günü - istirahət
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək