Baş mühasib

  • FinexKredit BOKT
  • Elanın qoyulma tarixi: 25.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş baradə məlumat:

  • MUBS və mühasibat uçotunun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • İlkin mühasibat, hesablaşma və ödəniş sənədlərinin qəbulu və hazırlanması, onların mühasibat və vergi qanunvericiliyinə uyğun hazırlanması;
  • Digər aktivlər, debitorlar, passivlər və kreditorlar hesablarının inventarizasiyasının təşkili və nəticələrinin mühasibat uçotunda əks etdirilməsi;
  • Vergi uçotunun aparılması, vergi orqanları ilə hesablaşmaların aparılması, vergi hesabat və bəyannamələrinin düzgün və vaxtında tərtib və təqdim edilməsi;
  • Əsas vəsaitlərin uçotunun (həm vergi, həm də maliyyə) aparılması
  • Əmək haqqının hesablanması, uçotunun aparılması proqram üzrə mühasibat yazılışlarının verilməsi 
  • Ödənilməmiş borclar müqabilində balansa götütülmüş əmlkaın, fərdi və icarəyə götürülmüş əsas vəsaitlərin, lizinqə qəbul edilmiş avadanlığın, qeyri-maddi aktivlərin, icarəyə verilmiş  əmlakın uçotunun aparılması
  • Bunkerdə saxlanılan qiymətlilərin mədaxil və məxaric əməliyytları üzrə balansarxası uçotun aparılması;
  • Mərkəzi Bankdan və digər dövlət orqanlarından göndərilən sorğu və hesabatların hazırlanması

Namizədə dair tələblər:

  • BOKT-nin  iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.
  • Komputer bilikləri: Microsoft Office (Excel yüsək səviyyədə) 
  • Dil bilikləri: Azərbaycan dili, xarici dil biliklrəri (Rus və ya İngilis dili) arzuolunandır
  • ACCA və ya IFRS üzrə biliklər arzuolunandır;
  • Əmək və Vergi qanunvericiliyi, Banklar və BOKT-lar haqqında mövcud Qanunvericilik, AR MB-nin normativ sənədləri, Mülki Qanunvericilik üzrə biliklər
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olana üstenlük veriləcək