Tender mütəxəssisi

  • Tikinti firması
  • Elanın qoyulma tarixi: 25.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
  • MS Office biliklərinə malik olmalı
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli
  • İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi (I - V günlər, 09:00 - 18:00);
  • Əmək haqqı 1600 AZN

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını email ünvanına göndərə bilərlər.