Tender üzrə mütəxəssis

  • Tikinti firması
  • Elanın qoyulma tarixi: 18.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
  • Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
  • MS Office biliklərinə malik olmalı
  • Dəmir və Dəmir Beton konstruksiyalara aid texniki və praktiki anlayışın olması.
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli
  • İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
  • Ezamiyyələrə hazır olmalı

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi (I - V günlər, 09:00 - 18:00);
  • Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir).

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını email ünvanına göndərə bilərlər.

Email: [email protected]