"Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Hazırda Şirkətin Azərbaycan Respublikasında 32 filialı fəaliyyət göstərməkdədir.
İxtisas tələbləri:
• Ali təhsil;
• İxtisas üzrə praktiki iş təcrübəsi;
• Mülki hüquq sahəsini bilmək, xüsusilə kredit və kredit təşkilatı haqqında qanunvericiliyi yaxşı bilmək;
• Azərbaycan və rus dillərini sərbəst bilmək;
• Öz vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq vaxtında bitirmək;
• İngilis dilini praktiki bilmək-üstünlük, lakin mütləq deyil;
• İnformasiya-hüququ və axtarış sistemləri ilə iş bacarıqları;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Düzlük, təşəbbüsçülük, işləmək qabiliyyəti;
• İş vaxtından artıq işləmək istəyi, əgər bunu iş tələb edirsə.
Vəzifə borcları:
1. Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayət etmək;
2. Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq; sənədlərin layihələrinə icazənin verilməsi;
3. Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olması; Müqavilə layihələri üzrəixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
4. Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan resursları menecerinə köməklik etmək;
5. Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
6. Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
7. Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
8. Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
9. Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;
10. Potensial investorlar ilə razılıq və danışıqların bağlanma prosesində istirak (rəhbərlik tərəfindən tələb olunduğu halda);
11. Tam məxfiliyə riayət edilməsi (heç bir daxili sənəd və ya onun surəti rəhbərliyin icazəsi olmadan Şirkətin ofisindən kənar çıxardıla bilməz):
12. Ona məlum şirkətin siyasətinin və prosedurunun pozulması, digər işçilər tərəfindən suistifadə və dələduzluq faktının olması haqqında dərhal rəhbərliyə məlumat verir;
13. Şəxsi məqsədlər və ya şəxsi ehtiyacların qarşılanması üçün şirkətin maddivə material vəsaitlərindən istifadə etməmək;
14. Şirkətin mövcud siyasəti və ya rəhbərliyində əks olunmayan hərəkətləri birbaşa rəhbərlər ilə razılaşdırmaq;
15. Hüquqşünasın fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
İş qrafiki 09:00-18:00
CV-lərinizi azərbaycan və ya rus dillərində tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.