Ofisiant

İşin təsviri

İş yeri : Dəniz Mall , 2 -ci mərtəbə

Əmək haqqı 500 AZN.

Vəzifə öhdəlikləri:

  • Mükəmməl xidmət göstərməyi öz üzərinə götürür.
  • Müştəri məmnuniyyətini təmin edir.
  • Müştərilərlə salamlaşır və menyu təqdim edir.
  • Yemək / içki sifarişlərini qəbul edir və icraya yönəldir.
  • Sifariş hazır olan zaman müştəriyə təqdim edir.
  • Masaları hər zaman təmiz və səliqəli saxlayır.
  • Məhsulları keyfiyyətinə görə yoxlayır.
  • Çeklərin vaxtında çatdırılmasını ödənişlərin toplanmasını təmin edir.
  • Xidmət və mətbəx işçiləri ilə əməkdaşlıq edir və ünsiyyət qurur.
  • Müvafiq səhiyyə şöbəsi qaydalarına və bütün müştəri xidmətləri qaydalarına riayət edir.
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Hüquqlar:

  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə menecerə/supervayzerə məlumat vermək.
  • Ofisiantın səlahiyyətlərinə daxil hər hansı sənəd və materialları, habelə şifahi məlumatları     şirkətin işçilərindən tələb etmək.
  • Supervayzer və ya F&B menecer tərəfindən zəruri tövsiyələr almaq.
  • Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
  • Şirkətin Ofisianta aid olan istənilən məlumatını tam və məhdudiyyətsiz əldə etmək.

Marağlananlar CV-ni mail ünvanına “ofisiant” başlığı ilə göndərə bilər.