Çilingər Köməkçisi (avtomobil üzrə)

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 23.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yol şəraitində sınaq keçirərək təmirin keyfiyyətlə yerinə yetirilməsindən əmin olmaq;
  • Əlavə işlər barədə Müştərinin xəbərdar edilməsi üçün Servis Məsləhətçisinə və ya Supervayzerə məlumat vermək;
  • Xidmət və təmir işlərini təyinatına uyğun yüksək keyfiyyətlə yerinə yetirməli və görülmüş işlərin keyfiyyətinin yoxlanılması məqsədilə və ya yol şəraitində sınağı üçün
  • Keyfiyyət İşləri üzrə Menecerə təhvil vermək;
  • Ehtiyat hissəsini tələb etməzdən əvvəl bütün lazımi informasiyaları toplamaq ( model, ili, iş kartının nömrəsi və s.);
  • Lazımi alətlər barədə məlumat verməli və alətləri yaxşı vəziyyətdə saxlamaq;
  • İş kartında qeyd olunanları yoxlamalı və ehtiyac olduqda əlavə işlər barədə məlumat vermək;
  • Problemlərin simptomunu, baş vermə şəraitini və vaxtını, təkrarlanma hallarını aydınlaşdırmaq üçün diaqnostik proseduralardan istifadə etmək.

Namizədlərə tələblər:

  • Yaş: 18-30;
  • Texniki təhsil/Peşə məktəbi;
  • Çilingər sahəsində ən azı 6 ay  iş təcrübəsi;
  • Fəal, məsuliyyətli və işə planlı yanaşma bacarığı.

Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-ni elektron poçt ünvanına mövzü yerinə “Çilingər köməkçisi (avtomobil üzrə)” yazıb göndərə bilərlər.

Qeyd: Çilingər köməkçisi kimi Təcrübəsi olmayan amma Peşə təhsili olan namizədlərə üstünlük veriləcəkdir.

İşəgötürənin reytinqi