Layihə üzrə aparıcı mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 28.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (yaxud müvafiq sahə üzrə təhsil);
  • İnşaat mühəndisliyi vəya memarlıq üzrə sənaye tərəfindən tanınan diplom və ya dərəcəyə sahib olunması arzu olunandır;
  • Autocad proqramından sərbəst istifadə qabiliyyəti;
  • Texniki layihələri oxuma və icra etmə üzrə yüksək səviyyədə bilik;
  • Azərbaycan dilini səlis, ingilis dilini yüksək səviyyədə bilmək;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Komanda ilə birgə işləmə bacarığı;

Vəzifə təlimatı:

  • Layihədən əvvəl bina strukturu haqqında hesabatın hazırlanması;
  • Layihənin subpodratçıların prototip standartlarına, tikinti qaydalarına və digər ümumi qəbul edilmiş müddəalara uyğunluğunun təmin edilməsi;
  • İcra edilən işlərin plan, spesifikasiyalara, şirkətin keyfiyyət, görünüş və digər standartlarına uyğunluğunun yoxlanılması və tənzimlənməsinin təmin edilməsi;
  • Layihənin icrası zamanı yaranmış problemlərin, risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik tədbirlər planlarının hazırlanması;
  • Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına,müəyyən olunmuş  büdəyə uyğunluğunun təmin edilməsi;
  • Layihə üzrə zəruri sənədləşmə işlərinin aparılması;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində Layihə üzrə aparıcı mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi