Baş Memar

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 21.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Mentorluq, kouçinq və performans qiymətləndirmələri daxil olmaqla, memar və dizaynerlərdən ibarət komandaya rəhbərlik etmək;
  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək.
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək 
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin apaqrmaq;
  • Layihələrin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün konseptuallaşdırmadan tamamlamaya qədər dizayn prosesinə nəzarət etmək;
  • Eskiz və işçi layihələrini hazırlamaq, tikinti sahəsində işə tam nəzarət etmək;
  • İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin etmək;
  • İlkin eskiz/cizgini aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq;
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasına birbaşa rəhbərlik etmək;
  • Mürəkkəb dizayn məsələləri üzrə texniki təlimat vermək və yaranan problemləri həll etmək;
  • Layihələrin memarlıq hissəsinin işlənib hazırlamaq, o cümlədən, fasadların yığmaq;
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
  • Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasına köməklik göstərmək;
  • Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında yerinə-yetirilməsi və təhvil verilməsi

Tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil mütləq tələb olunur;
  • Sahə üzrə ən az 5 il iş təcrübəsi mütləq tələb olunur;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını bilməli
  • Portfolio mütləq tələb olunur;
  • MS Office, AutoCad, Archicad proqramlarında professional səviyyədə işləmə bacarığı (3DsMax, Lumion, Revit, SketchUp arzu olunandır) tələb olunur;
  • Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələrin hazirlanmasını mükəmməl bilməli
  • Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dilləri arzu olunandır

İşəgötürənin reytinqi