B2B Satış Meneceri

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • B2B seqmentində müştərilərin axtarışı və cəlb edilməsi (soyuq zənglər, görüşlər və s.);
  • Müştərilərin Şirkətin xidmətlərinə olan ehtiyaclarının müəyyən edilməsi;
  • İş şəraitinin koordinasiyası, kommersiya təkliflərinin formalaşdırılması;
  • Müştərilərlə telefon danışıqlarının və görüşlərin aparılması;
  • Əsas tərəfdaşlarla əlaqələrin inkişafı;
  • Sərgi və konfranslarda iştirak, tərəfdaşlarla danışıqlar;
  • Daimi planlaşdırma və rəhbərliyə hesabat vermək;

Əsas tələblər:

  • Korporativ satış sahəsində (B2B olaraq) iş təcrübəsi - ən azı 3 il;
  • Ali təhsil;
  • Azərbaycan, ingilis dillərini mükəmməl bilmək
  • Rus dili bilikləriniz üstünlükdür
  • Apple və digər İT məhsullarına yüksək maraq və B2B satış sahəsində bacarıqlarını inkişaf etdirmək istəyi;
  • Satış sahəsində sənəd dövriyyəsi üzrə biliklər (müqavilə, mühasibat sənədləri və s.);
  • Nəticəyə diqqət, yüksək ünsiyyət bacarığı, işgüzarlıq.

Biz nə təklif edirik?:

  • İT avadanlıqları bazarında 1 nömrəli brendlə işləmək imkanı;
  • Mütərəqqi peşəkar inkişaf üçün müxtəlif maraqlı tapşırıqlar;
  • Özünü sübut etmək imkanı (şirkətin inkişafına, müştəri sədaqətinin artırılmasına və əmək məhsuldarlığının artırılmasına töhfə verən istənilən ideyanı məmnuniyyətlə qəbul edirik);
  • Yeni detalları öyrənmək və sınamaq, təcrübə qazanmaq və iş portfelinizi genişləndirmək imkanı;
  • Daxili və xarici təlimlərdə iştirak imkanı;
  • Fərdi inkişaf proqramlarında iştirak;
  • Stabil əmək haqqı və gəlirinizə təsir etmək imkanı 
  • Şirkət tərəfindən mobil nömrə;
  • Tibbi sığorta (ailə üzvlərinə);
  • Bakının mərkəzində ofis;
  • • Nəqliyyat xərcləri;
  • Şirkət məhsullarına endirim;
  • İdman zalı üçün endirim;

İş qrafiki: Bazar ertəsi-Cümə (5 günlük iş qrafiki)

Maraqlanan namizədlərdən CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. Zəhmət olmasa, e-poçtun mövzu hissəsində vəzifənin adını “B2B SM” qeyd edin.