Baş mühasib

  • Amoris
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat:

  • Tam ali iqtisadi təhsil
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını yüksək səviyyədə bilməli
  • İş yeri: Bakı, Xətai pr. 34
  • İş qrafiki 6 günlük
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
  • Baş mühasib kimi  5-8  il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal sahəsində)
  • PMS sertifikatı
  • Komanda ilə işləyə bilmə bacarığı
  • Əmək haqqı:  2500-3000  azn   (Müsahibə əsasında təyin oluncaq)
  • İş qrafiki: 6 günlük
  • Həftə sonu şimal regionda yerləşən layihələrə ezamiyyət

İş haqqında:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.   
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə  ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
  • Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
  • Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika   qaydalarına riayət etmələrini təmin etməlidir.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
  • Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.