Store Manager

  • Coffee Moffie
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə ümumi məlumat:

  • Coffee Moffie-in qüsursuz və davamlı fəaliyyətini təmin etmək.
  • Coffee Moffie heyətinə rəhbərlik (istiqamətləndirmə, coaching, komanda quruculuğu, motivasiya, özünü inkişafa kömək, işlərini dəyərləndirmək təlimlərin və ümumilikdə sağlam iş mühitinin təşkili);
  • Kadr qərarlarının qəbul edilməsi (işə qəbul, təlim, qiymətləndirmə, nizam-intizam, işdən azad etmə, işçi heyətin yerləşdirilməsi və cədvəli);
  • Rəhbərlik etdiyi əməkdaşların iş yükünü bölüşmək (pik saatlarda və ya iş növbəsində əməkdaşlarla komanda üzvü kimi çiyin-çiyinə çalışmaq);
  • Qonaq məmnuniyyətinin təmini;
  • Qonaqlarla ünsiyyətin idarə edilməsi;
  • Qonaqlara xidmətin keyfiyyətinin qorunması və inkişaf etdirillməsi;
  • Məhsulların keyfiyyətinin təmin edilməsi;
  • Əməkdaş şirkətlərlə münasibətlərin idarəsi;
  • Qəhvə mədəniyyətinin təbliği, marifləndirmə, təqdimat və s. (qəhvə barədə bilik və təcrübə şərt deyil, treninqlərə göndəriləcək seçilən namizəd)
  • Yaranan problemlərə sürətli, ən məqbul həll tapmaq
  • Təmizlik, təhlükəsizlik, sağlamlıq standartlarına nəzarət

Namizədə tələblər:

  • Təşəbbüskarlıq: mövcud xidmət keyfiyyətinin qorunması ilə yanaşı inkişaf etdirmək üçün davamlı təşəbbüs göstərmək.
  • Ünsiyyət bacarqları: əməkdaşlarla, qonaqlarla, düzgün, qarşıya qoyulan hədəflərə çatmağa kömək olacaq, yaranan problemin həllinə gətirəcək və nəticə verəcək formada, üslubda ünsiyyət qurmaq bacarığı.
  • Komanda ilə işləmə bacarığı: Həm komandanın bir üzvü kimi ümumi işdə iştirak və komandaya dəstək olmaq həm də işləri komanda üzvləri ilə paylaşmaq bacarığı
  • Ünsiyyətçil: Həm əməkdaşlar, həm qonaqlarla ünsiyyətdən zövq almaq. Qonaqlarla ünsiyyətin qorunub saxlanması, yeni qonaqlarla ünsiyyətə açıq olmaq
  • Təcrübə: Təcrübə şərt deyil, ammai istənilən, xüsusilə də, əlaqəli sahələrdə təcrübə üstünlükdür.
  • Təhsil: Təhsil şərt deyil, amma əlaqəli sahələrdə təhsil (diplom yox, təhsil) üstünlükdür.

Telefonda və ya whasapp-da məlumat verilmir.

CV-nizi STORE MANAGER başlığı altında e-mail adresə göndərməyiniz xahiş olunur.

Coffee Moffie tərəfindən digər vakansiyalar