Biznesin Davamlılığının İdarə Edilməsi üzrə Aparıcı Mütəxəssis

  • Azercell
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • “ISO 22301:2019 - Security and resilience” standartından irəli gələn məsələlərə və tələblərə uyğun olaraq, şirkətin Biznes Davamlılığı strategiyasının müəyyən olunmasını və strategiyadan irəli gələn fəaliyyətlərin həyata keçirilməsini təmin edir
  • Biznesin Davamlılığının Planlaşdırılmasına (BDP) dair yanaşmanı müəyyən etmək, Biznes Davamlılığı Planlarının yaradılması, istifadəsi və həyata keçirilməsi ilə əlaqədar təlimatlar irəli sürmək məqsədilə Biznesin Davamlılığının Planlaşdırılması siyasətini yaradır və tətbiq edir
  • Şirkətin kritik biznes proseslərinin müəyyənləşdirilməsi üçün müvafiq yanaşmanı tətbiq etməklə Biznesə Təsir Analizi həyata keçirir
  • Şirkətin əməliyyat risklərini aşkarlayıb, Risk Təhdid Kataloquna uyğun olaraq qeydə alıb, Risklərin Dəyərləndirilməsi proseslərini tətbiq edərək, risklərin aradan qaldırılması məqsədinə uyğun strategiya qurur
  • Şirkətin İT və Şəbəkəyə əməliyyatlarında və avadanlıqlarına təsir göstərə biləcək risklər və regional/ölkə miqyaslı şəbəkə kəsintilərinin vizuallaşdırılmasını təmin edir
  • Şirkətin İT və Şəbəkəsinin avadanlıqlarına aid olan məlumatları toplayaraq topologiyalar və axın sxemini (flowchart) yaradır
  • Fövqəladə və böhran hallarında əməkdaşların davranış qaydalarının müəyyən edən Böhran İdarəetmə Planları hazırlayır, işlək vəziyyətdə saxlayır və mütəmadi olaraq test edərək təkmilləşdirir
  • Fövqəladə və böhran halları zamanı şirkət daxili və üçüncü şəxslərlə kommunikasiyanın, həmçinin media ilə əlaqələrin düzgün şəkildə tənzimlənməsi məqsədilə Böhran Kommunikasiya Planı yaradır
  • Fövqəladə və böhran hallarında şirkət daxili vəzifəli şəxslər və kritik proses sahibləri arasında kəsintisiz kommunikasiyanı təmin etmək məqsədilə alternativ rabitə yaradır və həmin əməkdaşları rabitə cihazları ilə təmin edir
  • Yanğın təhlükəsizliyi, zəlzələ əleyhinə və biznesin davamlılığına təsir göstərə biləcək  sistemlərin və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda mövcud olan KQM (UPS) otaqları, anbarlar, generator otaqları, elektrik otaqları, arxiv ofisi və texniki otaqlarda vaxtaşırı və müntəzəm auditlər həyata keçirir
  • Şəbəkənin davamlılığı və ehtiyatlılığı nəzərindən Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində yoxlamalar keçirməklə problemləri müəyyən edir və bu barədə müvafiq struktur bölmələrə ilə birlikdə prosesi koordinasiya edir
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətdə Mülki Müdafiə işini təşkil edir və prosesi idarə edir
  • Şirkətin illik Mülki Müdafiə tədbirləri planına uyğun olaraq qoyulan hədəfləri yerinə yetirir
  • Mülki Müdafiə sahəsində təlim proqramları yaradaraq, şirkət işçiləri və ştatdan kənar işçi heyəti üçün təlimlər həyata keçirir
  • Sığorta hadisələri zamanı şirkətin maraqlarının qorunması və istintaq prosesinə nəzarət edilməsi proseslərini icra edir; üçüncü şəxslər, mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquq-mühafizə orqanları, prokurorluq və s. kimi dövlət qurumları ilə əlaqələri tənzimləyərək idarə edir
  • Şirkət daxili mühüm proseslərin davamlılığını təmin etmək məqsədilə şöbələr və bölümlərin fəaliyyətlərinə uyğun olaraq Biznesin Davamlılıq Planlarını hazırlayır və illik olaraq yeniləyir
  • Ehtimal olunan və baş vermiş fövqəladə hadisələrdən sonra şirkətin fəaliyyətinin əvvəlcədən təyin olunmuş səviyyədə davam etdirməsi məqsədi ilə Qəza Bərpa Planları və strategiyalar hazırlayır
  • Şirkətin böhran vəziyyətində tədbirlər görməyə və onun nəticələrini aradan qaldırmağa hazır olması, mövcud sistemlərin, avadanlıqların və xidmətlərinin ehtiyatlılığını və coğrafi alternativlərini təmin etmək məqsədilə Biznesin Davamlılığı testlərini həyata keçirir
  • Şirkətin texniki ofisləri, məlumat mərkəzləri və arxiv ofisində yerləşən yanğın söndürmə sistemləri, erkən yanğın xəbərdarlığı sistemləri, su sızma sensorlarının və odsöndürən balonlarının işlək vəziyyətdə saxlanılması məqsədilə, rüblük və illik olaraq testlərin keçirilməsini təmin edərək prosesə nəzarət edir
  • “Backup” strategiyasının yaradılması və həyata keçirilməsi, “Backup” proseslərinin monitorinqi, bərpa prosedurlarının sınaqdan keçirilməsi və ehtiyat avadanlığın və proqram təminatının saxlanması proseslərini nəzarət edir

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: Ali təhsil (Texniki sahə üzrə)
  • Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, İngilis  - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq
  • Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları
  • Yüksək ünsiyyət və təlim bacarıqları
  • Risklərin Idarə Edilməsi üzrə bilik
  • Beynəlxalq standartlar üzrə iş təcrübəsi
  • Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi
  • Sürücülük təcrübəsi
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması
  • Yekun nəticəyə yönəlmə bacarığı

Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:

  • Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər
  • Texniki sahə üzrə təcrübə (təlimlər, sertifikatlar və s.)

İşə qəbul prosesi:

  • CV-lərin təhlil edilməsi
  • Yetkinliklərə əsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi

Qeyd:

  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq