Marketinq üzrə menecer

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Korporativ brend strategiyasının formalaşdırılmasına və əsas marketinq hədəflərinin müəyyən olunmasına rəhbərlik edir (Brend Strategiyası və İdarə olunması);
  • Bazarın və müştəri portfelinin tədqiqi, mövcud portfelin / brend göstəricilərinin analiz olunması və icmalı, yeni bazar / istehsal imkanlarının araşdırılması (Bazarın tədqiqi və analiz olunması);
  • Yeni təşəbbüslərlə, yeni məhsullar üçün idea və planlarla çıxış etmək, yeni məhsul buraxılışı və məhsul tanıtımları üçün marketinq planının təşkili;
  • Brend planının təlimatı ilə detalları müəyyənləşdirilmiş reklam planının icrası;
  • Marketinq komandası ilə işləyərək bütün maraqlı tərəflər ilə ünsiyyət (kommunikasiya) vasitələrinin inkişaf etdirilməsi, daxili və xarici müştərilər ilə əlaqələrin qurulması və davam etdirilməsi (Səlis və Səmərəli Ünsiyyət);
  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri, mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq;
  • Bütün fəaliyyətlər zamanı qarşıya qoyulmuş məqsədlərə nail olduğuna və layihələrin əvvəlcədən müəyyən edilmiş büdcə daxilində icra edildiyinə əmin olmaq, marketinq komandasının peşəkar inkişafını təmin etmək, lazım olduqda marketinq xidmətlərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
  • Strateji əlaqələrin qurulması və sektordakı aparıcı iştirakçılar, agentliklər və təchizatçılarla əməkdaşlıq etmək;
  • Rüblük və illik marketinq büdcələrinin hazırlanması və icrasına nəzarət edilməsi və vəsaitlərin səmərəli bölüşdürülməsi;
  • Rəhbərliyə görülən işlərlə bağlı müvafiq hesabatları təqdim etmək.

Namizədə Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə);
  • Marketinq üzrə menecer olaraq minimum 5 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə arzuolunandır);
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək;
  • Mükəmməl şifahi və yazılı kommunikasiya bacarıqları;
  • Güclü təşkilati və vaxt idarə etmə bacarıqları;
  • Yerli  və xarici bazarı bilmək və araşdırmaq, rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləmək, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
  • SMM, PR və reklam sahələrində geniş təcrübəyə malik olmaq;
  • Detallara diqqətli, pozitiv, yaradıcı, proaktiv;
  • Nəticəyönümlü;
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

İşəgötürənin reytinqi