İşin təsviri
İş barədə məlumat:
28Mall, Nərimanov, Yasamal, Badamdar, Elmlər filiallarımız üçün təcrübəli Kassir tələb olunur.
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlaymaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
- Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək
Namizədə tələblər:
- Orta təhsil
- 20-30 yaş arası xanımlar
- Xarici dil bilikləri: Rus dili
- Kassir kimi ən azı 1 il təcrübə
- Komandada işləmək bacarığı
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
- Microsoft Office programları üzrə biliklərə malik olmaqŞirkət təklif edir:
Əmək haqqı 500azn
Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi
Peşəkar böyümə və inkişaf
Əmək məcəlləsinə uyğun sənədləşmə
Qeyd: Namizədlərdən mövzu hissəsində “Kassir” vakansiya adını göstərməklə öz CV-lərini elektron poçt ünvanına göndərmələrini xahiş edirik.