Proqram təminatı mühəndisi

  • Azercosmos
  • Elanın qoyulma tarixi: 14.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas funksiyalar:

  • JavaScript, React və Tailwind CSS istifadə edərək veb proqramların hazırlanması və təkmilləşdirilməsi
  • Müştərinin tələblərinə və tapşırıqlarına cavab verən UI dizaynlarının hazırlanması
  • Proqram təminatının işləməsi ilə bağlı yaranan problemlərin aradan qaldırılması
  • Komanda üzvləri ilə əməkdaşlıqda istifadəçi tələblərini anlayaraq, proqram həllərinin təmin edilməsi
  • Yeni texnologiyaların daim araşdırması, yeni dəyişikliklərə uyğunlaşması

Tələblər:

  • Ali təhsil: Texniki sahə üzrə (kompüter mühəndisliyi üstünlükdür) 
  • Proqram təminatı üzrə azı 2 il iş təcrübəsi, xüsusilə front-end sahəsində

Bilik və bacarıqlar:

  • JavaScript, TypeScript, React və ya Vue proqramları üzrə sərbəst işləmə bacarığı
  • Git və bu tipdə versiya kodlaşdırma alətləri ilə sərbəst işləmə bacarığı
  • Tailwind CSS və RESTful API’s sistemləri ilə işləmə bacarığı (üstünlükdür)
  • Node.js and SQL/NoSQL data bazasında işləmə bacarığı (üstünlükdür)
  • Özünə inam və əminlik 
  • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
  • Müstəqil işləmə bacarığı

İş qrafiki:

  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş saatları: 09:00-18:00

Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook, PowerPoint), JavaScript, TypeScript, React , Vue. 

Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə) , İngilis dili ( yüksək səviyyədə) , Rus dili (arzuolunandır)

Bu meyarlara uyğun namizədlər CV-lərini 21.08.2023-cü il tarixinədək “Proqram təminatı mühəndisi” başlığı ilə göndərə bilərlər.