Rəqəmsal marketinq üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 10.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin marketinq ehtiyaclarını müəyyənləşdirmək; 
  • Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
  • Müəssisənin  uzunmüddətli və qısanmüddətli marketinq hədəflərinə uyğun məzmun strategiyasının hazırlanması və icrası;
  • Sosial şəbəkələrdə hesabların yaradılması və idarə olunması;
  • Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google Display Network, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) Müəssisənin  məhsullarını potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək;
  • Rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi və bu sözlər əsasında veb saytların  SEM, SEO strategiyasının qurulması; 
  • Google, YouTube, Facebook, İnstaqram, Linkedin səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Saytın məzmununu, tərtibatını inkişaf etdirmək üçün marketinq və dizayn komandaları ilə əməkdaşlıq etmək;
  • Ayın sonunda verilən büdcəyə uyğun hesabatları vermək.

Vəzifə üzrə tələblər:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3+ il iş stajı;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti, ingilis və rus dili yüksək;
  • Kompüter biliyi: MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramlarını orta səviyyədə bilmək;
  • Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica; Remarketing Tools, Google Tag Manager, Google Search Console, Google Optimize for UX, Semrush, Mailchimp;
  • Facebook Ads manager, Google Display və Google ads istifadəsi üzrə biliklər;
  • Rəqəmsal marketinq kanalları üzrə biliklər (SMM, SEO, Kontent Marketinq və s.);
  • Sosial Platformalarda (Facebook, Instagram,YouTube, LinkedIn və s.) işləməyi bacarmalı;
  • Dəyərlər və etika;
  • Məsuliyyət, dəqiqlik, hesabatlılıq;
  • Vizyon və məqsədin idarə edilməsi;
  • İş vaxtından səmərəli istifadə edilməsi; 
  • Münaqişələrin (konflikt) idarə edilməsi;
  • Problemlərin həll edilməsi.

İş şərtləri:

  • İş vaxtı: 08:00 - 17:00
  • İş günü: 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqından əlavə, işin nəticəsindən asılı olaraq əlavə maddi və qeyri-maddi mükafatlar.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.

 Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal marketinq üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. 

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.