İnsan Resursları üzrə Baş Mütəxəssis

  • Caspel
  • Elanın qoyulma tarixi: 09.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə aid qoyulan tələblər:

  • Təhsil: Ali  təhsil;
  • Təcrübə: 5 illik iş təcrübəsi;
  • Yaş: 30 – 35;(bəy namizəd)
  • Dil bilikləri: Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;

Vəzifəyə aid qoyulan tələblər:

  • Bölmə rəhbərləri ilə həftəlik və ya iki həftədən bir iclasların keçirilməsi və lazım olduqda onlara İnsan Resursları tərəfdən məsləhətlərin verilməsi;
  • Ən yaxşı mütəxəssislərin şirkətə cəlb edilməsi, onların inkişaf etdirilməsi və saxlanılması üçün İR strategiyaları və yanaşmalarının həyata keçirilməsi;
  • İR ilə bağlı kommunikasiyaların idarə edilməsi; 
  • Yaxşı iş mühitinin saxlanmasına və işçilər arasında müsbət münasibətlərin qurulmasına köməklik göstərilməsi;
  • Yeni işçilərin axtarışı, işə qəbulu və onların uyğunlaşması proqramlarının idarə edilməsi;
  • İşçilərin gündəlik idarə olunması ilə bağlı qanunvericiliyin tələblərinə dair dərin biliklərə sahib olması, uyğunsuzluqları, potensial problemləri müəyyənləşdirilməsi və aradan qaldırılması, normativ tələblərə uyğunluğu təmin etməklə hüquqi risklərin azaldılması;
  • Davamlı təhsil, dəstək və rəhbərlik vasitəsilə yüksək performansın göstərilməsi, davamlı öyrənmə mədəniyyətinin oturtulmasını təşviq edilməsi;
  • Öyrənmə və inkişaf prosesini müəyyən edilməsi, onu planlaşdırılması, həyata keçirmək və ölçmək üçün müvafiq sistemlərin saxlanması;
  • İşçilərin şəxsi işlərini hazırlanması və formalaşdırması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edilməsi;
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunma proseslərinin rəsmiləşdirilməsi;
  • Əmək müqavilələrini doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət edilməsi;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”nin qəbul edilməsi, yoxlanması, insan resurslarına aid olan bölməni doldurulması;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edilməsi;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
  • Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edilməsi;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etməsi və rəhbərliyə hesabat verilməsi;

Tələblər: 

  • Nitqi aydın və səlis olmalı;
  • Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
  • Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
  • ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli.

Əlavə məlumatlar:

  • Korporativ nömrə və danışıq balansı
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki.(09:00-18:00)

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə baş mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.