İşin təsviri
İş barədə məlumat:
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanmasını təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
- Tenderlər zamanı şirkəti təmsil etmək;
- Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
- Tender prosesisini icra etmək və nəzarətdə saxlamaq ;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq
Namizədə tələblər:
- Bakalavr təhsili
- MS Office bilikləri
- Türk dilini yaxşı səviyyədə bilməli, rus və ingilis dillərini bilməsi üstünlükdür
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı,
- Komandada işləmək bacarığına malik olmalı
- Minimum 1 il iş təcrübəsi
Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Tender üzrə mütəxəssis" qeyd edərək göndərə bilərlər.