Xadimə

  • Buta Supply
  • Elanın qoyulma tarixi: 01.09.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofisdə ümumi ərazilərin, kabinetlərin, iclas otaqlarının və mətbəxin  gündəlik təmizlik işlərinin aparılması; 
  • Gün boyu ofis daxili təmizliyi nəzarətdə saxlamaq və zibil qutularının boşaldılması və təmizlənməsi;
  • Qabları yumaq, mətbəxin təmizliyini nəzarətdə saxlamaq, şirkət əməkdaşları və qonaqlar üçün çay və qəhvənin hazırlanması;
  • Ofis mətbəxinin və avadanlığının müvafiq qaydada təmizlənməsi və onlara lazımi qulluğun təmin edilməsi; mətbəx çanaqları və iş dəzgahlarını dezinfeksiya etmək;
  • Təmizlik və müvafiq işlərin icrası üçün lazım olan vasitə və avadanlıqların siyahısının hazırlanması;
  • Mebellərin, masaların, oturacaqların və digər avadanlıqların dezinfeksiya olunması, tozdan və çirklərdən təmizlənməsi;
  • Ofis otağını, dəhlizi, pilləkəni, sanitar qovşaqları və s. yığışdırmaq və gigiyena   standartlarına uyğun olaraq təmizlənməsi;

Namizədə olan tələblər:

  • Təhsil: Tam orta təhsil;
  • İş təcrübəsi: 3 il;
  • Nizam-intizamlı, səliqəli və təmizkar; 
  • Etik davranış qaydalarına riayət etmək; 
  • Kollektivlə işləmə bacarığı. 

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi-Cümə (saat 08:00-17:00)
  • Əmək haqqı: 600 AZN
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.