İşin təsviri
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
- Ali təhsil
- Qadın namizədlərə üstünlük veriləcək (22-35 yaş aralığı)
- Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı;
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Türk dili biliyi mütləqdir (İngilis və rus dili biliyi üstünlükdür) ;
Əlavə məlumat:
- Əmək haqqı: razılaşma ilə ;
- İş qrafiki: I-V gün 09:00-18:00, şənbə və bazar-istirahət günü.
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Şirkət tərəfindən təmin edilir:
- korporativ nömrə ;
- ezamiyyə xərcləri;
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazıb e-mail ünvanına göndərə bilərlər.