İşin təsviri
                
                
                                
                İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
İşin təsviri:
	- Layihələrin gedişatına nəzarət edilməsi və iş axınını yolunda saxlamaq üçün komanda üzvlərinin koordinasiyası;
 
	- KPI-ları yerinə yetirmək üçün layihənin bütün proseslərinin ümumi idarə edilməsi; 
 
	- Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət edilməsi, mərhələlərin gedişatının və keyfiyyətinin qiymətləndirilməsi, zəruri hallarda risklərin azaldılması üzrə təkliflərin verilməsi;
 
	- Layihələrin sənədləşmə prosesinin standartlara uyğun hazırlanması və həyata keçirilməsi;
 
	- Layihə ilə bağlı təqdimatların hazırlanması, görüşlərin təşkil edilməsi və bu təqdimatların layihənin maraqlı tərəflərinə çatdırılması;
 
	- Digər layihə qrupları ilə koordinasiyanın həyata keçirilməsi;
 
	- Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatların hazırlanması;
 
	- Layihə xərclərinin izlənməsi və lazımi məlumatların təqdim edilməsi.
 
Namizədə dair tələblər:
	- Ali təhsil (magistratura təhsili üstünlükdür);
 
	- Layihələrin idarə edilməsi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
 
	- PMP, CAPM və ya sahə üzrə digər sertifikatları olan namizədlərə üstünlük verilir; 
 
	- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
 
	- Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel, MS Power BI və MS Power Point) işləmək bacarığı, Jira üzrə biliklər;
 
	- Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
 
	- Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
 
	- Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Layihə koordinatoru” qeydi edərək göndərməyini xahiş edirik.